22 Noyabr 2019
21 Noyabr 2019
Bakıda toyu qana bulayan cinayətkar tutuldu
Bakıda toyu qana bulayan cinayətkar tutuldu KRİMİNAL 13:26 2019-11-02

Daxili İşlər Nazirliyi (DİN) Bakıda "Bənövşə" şadlıq sarayında 3 nəfərin bıçaqlanması ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Unikal.org-a bildirilib ki, noyabrın 1-i saat 22 radələrində 3 nəfərin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Binə qəsəbəsi ərazisində yerləşən şadlıq sarayında baş vermiş münaqişə zəminində Ceyhun adlı şəxsin onlara bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ordubad rayon sakini C.Məmmədov qısa müddətdə müəyyən edilərək 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.