11 Noyabr 2019
Bakıda ailə faciəsi - Qısqanc ər arvadını bıçaqladı
Bakıda ailə faciəsi -Qısqanc ər arvadını bıçaqladı KRİMİNAL 21:03 2019-11-02

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Gülsüm Tamarova əri tərəfindən qısqanclıq zəminində bıçaqlanıb. Yaralı 3 bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində araşdırma aparılır.