11 Noyabr 2019
Mikayıl Cabbarov qarşıya qoyulan vəzifələrdən danışdı - VİDEO
Mikayıl Cabbarov qarşıya qoyulan vəzifələrdən danışdı- VİDEO İQTİSADİYYAT 13:17 2019-11-04

İqtisadiyyat naziri Mikayıl Cabbarov prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrdən danışıb.

Unikal.org  xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov “REAL” TV-yə verdiyi müsahibəsində bildirib ki, nazirliyin strukturuna daxil edilən dövlət qurumları vahid sistemdə əhaliyə və sahibkarlara xidmət göstərəcək:

"Əsas vəzifəmiz ölkəmizin dayanıqlı inkişafını təmin etməkdir. Buraya həm iqtisadi artım, əhalinin məşğulluğunun artırılması, həm də iqtisadi fəallığın indiqatorunun artırılması vəzifələri aiddir. Yeniləşmiş İqtisadiyyat Nazirliyi qarşısında duran vəzifələr çoxşaxəlidir. Onların həyata keçirilməsi üçün digər həmkar dövlət qurumları işləməyi planlaşdırırıq. Yeniləşən nazirliyin tərkibinə aid olan qurumları təhlükədə qoymadan əhaliyə və sahibkarlara xidmət üçün vahid bir sistemdə, paralel olaraq koordinasiya vahid siyasətdə nazirlik içərisində təmin ediləcək".