13 Noyabr 2019
12 Noyabr 2019
APOEL - "Qarabağ" matçının hakimləri bəlli oldu
APOEL - "Qarabağ" matçının hakimləri bəlli oldu İDMAN 14:23 2019-11-04

Avropa Liqasının IV turunun hakim təyinatları açıqlanıb.

Unikal.org-un məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın APOEL-lə Kiprdəki oyunu avstriyalı hakimlərə tapşırılıb.

Noyabrın 7-dəki matçın baş hakimi Manuel Şuttenqruber olacaq. Ona Roland Brandner və Robert Steynaşer kömək edəcək. Dördüncü hakim funksiyası Kristofer Yager yerinə yetirəcək.

Hakim-inspektor Georgios Bikas (Yunanıstan), UEFA nümayəndəsi Ariel Kennet Şeyman (İsrail) olacaq.

Qeyd edək ki, Nikosiyasnın GSP stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.