Bu gün Çempionlar Liqasında II dövrə start götürəcək.

Unikal.org IV turun ilk günündə E, F, G və H qruplarında oyunlar baş tutacaq.

Bu qarşılaşmalar 1/8 finala ilk vəsiqənin sahibini tapması ilə nəticələnə bilər. Qrup mərhələsini adlayan ilk komanda olmağa “Napoli” yaxındır.

E qrupunda çıxış edən İtaliya klubu bunun üçün Avstriya “Zalsburq”una qalib gəlməli, “Liverpul”un “Genk”ə uduzmamasını gözləməlidir. “Böyük beşlik” təmsilçilərinin ikisi də evdə oynadığından neapolluların mərhələ keçməsi kifayət qədər realdır.

F qrupunda diqqətlər Dortmunda yönələcək. Burada “Borussiya” “İnter”i qəbul edəcək. “Barselona” isə “Slaviya”nı sınağa çəkəcək.

G qrupunda “Zenit” “Leypsiq”i, “Lion” “Benfika”nı qəbul edəcək. “Çelsi” – “Ayaks” görüşü H qrupunun mərkəzi qarşılaşması olacaq. Digər matçda “Valensiya “Lill”lə üz-üzə gələcək.