Rusiyanın Rostov vilayətindən Bakıya gələn mikroavtobusun qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, hadisə Stavropol diyarının Budyonnovsk rayonunun Blaqodarnı qəsəbəsinin yaxınlığına baş verib. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Onların hamısının Azərbaycan vətəndaşı olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Rusiya DİN-in Stavropol diyarı üzrə Baş İdarəsinin məlumatına görə, “Ford Transit” markalı mikroavtobus “Lifan” markalı minik avtomobili ilə toqquşub. Mikroavtobus toqquşmadan sonra yolun kənarındakı ağaca çırpılıb.

Faktla bağlı araşdırma aparılır.