Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org axəbər verir ki, hadisə rayonun M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

Rayon sakini, 1980-ci il təvəllüdlü Anar Bayramov kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat olunub. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. A.Bayramov ilkin dindirilmə zamanı yıxılaraq xəsarət aldığını deyib. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.