Bakıda axtarışda olan 38 yaşlı kişi saxlanılıb.

Unikal.org-un xəbərinə görə, Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşları tərəfindən 1981-ci il təvəllüdlü D.Mahmudov tutulub.

O, Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə axtarışda olub.

Faktla bağlı araşdırma aparılır.