Ağsu Rayon icra Hakimiyyətinin başçısı Vahid Tağıyev icra nümayəndəsini işdən çıxarıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Vahid Tağıyevin əmri ilə, Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nizami Məmmədovu tutduğu vəzifədən azad edib. Onun yerinə hələlik təyinat yoxdur.

Xəbəri Ağsu Rayon icra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Vahid Tağıyev 30.09.2019-cu ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Famil Fərhadoğlu