“Həyatımdan kitab yazsam, gərək, onu əlində dəsmalla oxusunlar. Nağılabənzər kitabım var. Tam xoşbəxt deyiləm. O zaman olardım ki, oturardım, pul oradan-buradan gələrdi”.

Unikal.org xəbər verir ki, bu sözləri “Lider maqazin” proqramında rəqqasə Fatimə Fətəliyeva söyləyib.

Sənətçi bildirib ki, keçmiş həyat yoldaşına olan sevgisi onu intiharadək sürükləyib:

“Vaxt olub ki, 40-a yaxın dərman içib, özümü öldürmək istəmişəm. Rəfiqəmin anası olmasaydı, indi ölmüşdüm. Səbəbi isə sevgi olub. Onu sevdiyimə görə peşman deyiləm. Allah o sevgidən mənə gözəl oğlan bəxş edib”.