Sumqayıtda iki qadın piyadanı avtomobil vurub. 

Unikal.org-un məlumatına görə, 1988-ci il təvəllüdlü Xankişiyeva Elnarə Vilayət qızı və 1985-ci il təvəllüdlü Zeynalova Dürdanə Nadir qızını piyada keçidində avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.