“Ukrayna yaxın zamanda NATO-ya üzv olacaq”.

Unikal.org xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq “1 + 1” kanalına verdiyi müsahibədə deyib.

“Bütün müttəfiqlər Ukraynanın NATO-ya üzv olmasına razılıq verib. Monteneqro cəmi iki il əvvəl üzv oldu, Şimali Makedoniya isə bir neçə aydan sonra NATO-ya üzv olacaq. Heç kim xəyallarında belə Polşa və Baltikyanı ölkələrin NATO-ya daxil olacağını təsəvvür edə bilməzdi”.

O, həmçinin qeyd edib ki, Ukraynanın alyansa qoşulması üçün lazım olan bütün islahatların həyata keçirməsinə kömək edəcək.