Səhiyyə Nazirliyi Göyçay rayonunda "QAZel" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların durumu barədə məlumat yayıb. 

Nazirlikdən Unikal.org-a bildirilib ki, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 kişi Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

"Onlardan 3-nə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. 4-cü şəxs isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər", - nazirlikdən bildirilib.