12 Noyabr 2019
11 Noyabr 2019
Tacikistan-Özbəkistan sərhədində ATIŞMA: 15 silahlı məhv edildi (FOTO)
Tacikistan-Özbəkistan sərhədində ATIŞMA:15 silahlı məhv edildi (FOTO) DÜNYA 10:23 2019-11-06

Tacikistan-Özbəkistan sərhədində sərhədçilərlə 20 nəfərlik silahlı dəstə arasında baş verən atışma nəticəsində 15 silahlı zərərsizləşdirilib, 1 əsgər və 1 polis əməkdaşı həlak olub.

Unikal.org xarici mətbuata  istinadən xəbər verir ki, məlumatı Tacikstan Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarının Mətbuat Xidməti yayıb.

Hadisə noyabrın 6-da səhər saatlarında baş verib. Bir qrup silahlı “Sultanabad” sərhəd dəstəsinin 4 saylı “İşkobod” sərhədyanı zastavasına hücum edib. Sərhədçilərin açdığı atəş nəticəsində onların 15-i öldürülüb, 5-i isə saxlanlıb. Atışma nəticəsində bir əsgər və Tacikistan Daxili İşlər Nazirliyinin bir əməkdaşı ölüb.

Tacikistan Daxili İşlər Nazirliyindən bildirilib ki, əməliyyat nəticəsində silahlı qruplaşmanın 4 avtomobili də məhv edilib. 


  • Tacikistan-Özbəkistan sərhədində ATIŞMA:15 silahlı məhv edildi (FOTO)
  • Tacikistan-Özbəkistan sərhədində ATIŞMA:15 silahlı məhv edildi (FOTO)
  • Tacikistan-Özbəkistan sərhədində ATIŞMA:15 silahlı məhv edildi (FOTO)