14 Noyabr 2019
13 Noyabr 2019
Keçmiş məhkum İçərişəhərdə quldurluq etdi
Keçmiş məhkum İçərişəhərdə quldurluq etdi KRİMİNAL 10:36 2019-11-06

Bakıda quldurluq hadisəsi baş verib.

Unikal.org-un xəbərinə görə, hadisə noyabrın 2-də paytaxtın İçərişəhər M.Maqomayev küçəsində baş verib.

Belə ki, saat 12:30 radələrində naməlum şəxs Bakı şəhər sakini C.Rüstəmbəylini bıçaqla hədələyərək 200 manat pulunu quldurluq yolu ilə ələ keçirib.

Daha sonra C.Rüstəmbəyli hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 9-cu Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, 1997-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş O.Tağıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.