Tez-tez sosial şəbəkədəki paylaşımlarıyla  gündəmə gələn  Şeyma Subaşının qızına qarşı davranışı tənqid edilib. 

Unikal.org xəbər verir ki, Acun Ilıcalıdan boşanan Şeyma Subaşı "instagram"da hekayə bölümündə paylaşım edərkən qızı Melisanın sözlərini qulaqardına vurub. Bu da insanların haqlı narazılığına səbəb olub. 

Subaşının rəfiqəsi Selda Çarın "instagram"da paylaşdığı videoda Şeyma Subaşı və qızı Melisanın üstü açıq avtomobillə gedərkən o əsnada yağış yağmağa başlayıb. Melisanın isə "Anaçox qorxmağa başladım" dediyi eşidilib. 

Şeyma Subaşı Melisanın qorxmasına baxmayaraq qəhqəhə atmağa davam edib.