Sabiq Təhsil naziri Misir Mərdənov İctimai Televiziyada (İTV ) yayımlanan “3D” verilişin qonağı olub.

Unikal.org xəbər verir ki, M.Mərdanov naziri olduğu dövürdə müəllimə iki min manat məvacib verilməlidir fikrinə ayınlıq gətirib.

“Hesab etmişəm ki, müəllimlərin maaşının 2000 olsa yaxşıdır. Mən onu tək müəllimlərlə görüşdə deyil, digər lazımi yerlərdə də səsləndirmişdim. Fikrimi müdafiə də eləmişdim. Nəticədə belə olmuşdu ki, pilə-pillə bütün müəllimlərin maaşı artacaqdır. Mən indi sevinirəm ki, üstündən müəyyən vaxt keçdikdən sonra Azərbaycanda orta və ali məktəblərin müəllimlərin əmək haqqları iləbəil artır. Mənim arzum, istəyim və o zaman dediklərim sevinirəm ki, indi həqiqətə çevrilib”. 

M.Mərdənov hesab edib ki, hazırda müəllimlərin əmək haqları o dövürkündən qat-qat yaxşıdır.