Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Turizm biznesi” kafedrasının baş müəllimi Elnarə İsmayılova ixtisasın yüksəldilməsini, təhsilin modernləşdirilməsini nəzərdə tutan Erasmus+ proqramı çərçivəsində Rumıniya Respublikasının Alexandru İoan Cuza Universitetinə ezam olunub.

Unikal.org xəbər verir ki, o, bakalavr və magistr pilləsində təhsil alan tələbələrə “Turizmə təsir edən amillər”, “Turizm ehtiyatları”, “Mədəni turizmin təsnifatı”, “Turizm və ətraf mühitin mühafizəsi, Davamlı turizm”, “Azərbaycan Respublikasının turizm potensialı”, “Turizm destinasiyalarında dayanıqlı inkişafın təşkili” mövzularında mühazirə- müzakirə dərsləri aparıb. O,”Yeni təlim metodları”, “Tədrisin inkişafı və tədqiqat” mövzularının müzakirəsində iştirakla bərabər, təhsil və tədrisdə mobillik amilinin təhlili prosesininə də qatılıb. E.İsmayılova “Menecment” ixtisasında təhsil alan tələbələrin iştirakı ilə keçirliən açıq dərsdə Azərbaycan və Rumıniyanın  turizm potensialını müqayisəli  təhlil edib. Səfərin sonuncu günü Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi Elnarə İsmayılova Erasmus+proqramında fəal iştiraka görə Rumıniya Respublikasının Alexandru İoan Cuza Universitetinin sertifikatı ilə mükafatlandırılıb. 

Qeyd etmək lazımdır ki, Erasmus+ proqramı 2014-2020-ci illərdə təhsil, gənclər və idman, peşəkar hazırlıq sahəsində fəaliyyətləri dəstəkləyir. 4 milyon insana təhsil almaq, iş təcrübəsi toplamaq və xarici ölkədə könüllü fəaliyyətlə məşğul olmaq imkanı verir.