22 Noyabr 2019
21 Noyabr 2019
Bakıda marketi qarət edənlərin görüntüləri yayıldı - VİDEO
Bakıda marketi qarət edənlərin görüntüləri yayıldı- VİDEO HADİSƏ 09:56 2019-11-07

Nəsimi rayonunda yerləşən marketdə oğurluq hadisəsi baş verib.

Unikal.org Oxu.Az-a istinadla xəbər verir ki, hadisə 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsində İmanov Cavid Ağaisa oğluna məxsus marketdə qeydə alınıb.

2 nəfər naməlum şəxs əvvəlcə marketin ətrafında gəzişib. Oğrular yaxınlıqda heç kəsin olmadığına əmin olduqdan sonra marketin qoruyucu dəmirlərini və şüşə qapısını qıraraq içəri daxil olublar.

Mağaza sahibinin sözlərinə görə, oğrular mağazadakı ərzaq mallarına toxunmayıblar. Onlar sadəcə kassada olan 850 manat pulu götürərək qaçıblar.

Marketin çöl və içəri hissəsində olan təhlükəsizlik kameraları baş verən oğurluğu anbaan lentə alıb. Cavid İmanovun Baku TV-yə təqdim etdiyi görüntülərdə hadisənin gedişatı əks olunub.

Mağaza sahibi məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə müraciət edib. Polis əməkdaşları hadisə yerinə baxış keçirərək lazımi istintaq tədbirləri görüblər. Hazırda Nəsimi Polisi oğurluğu törədən şəxsləri axtarır.
BAKU.WS