14 Noyabr 2019
13 Noyabr 2019
Baba qız nəvəsini diri-diri basdırarkən tutuldu - HADİSƏ ANI (VİDEO)
Baba qız nəvəsini diri-diri basdırarkən tutuldu- HADİSƏ ANI (VİDEO) DÜNYA 11:35 2019-11-07

Hindistanda sağlam qız nəvəsini basdırmaq istəyən baba və dostu cinayət başında saxlanılıb.

Unikal.org xəbər verir ki, hadisə Heydərabad şəhərində baş verib. Yoldan keçən sürücülərdən biri yolda iki nəfərin torpağı qazdığını görüb. Həmin şəxslərin əlində yorğana bükülü körpəni görən həmin sürücü hadisə ilə bağlı polisə məlumat verib. Uşağın babası və onun dostu hadisə yerinə gələn polislərə körpənin öldüyünü bildiriblər. Polisin apardığı yoxlamada körpə qızın sağ olduğu məlum olub. Polislər babanı və onun dostunu həbs ediblər. Körpə müayinə olunmaq üçün xəstəxanaya yerləşdirilib.