İran Premyer Liqasında çıxış edən “Traktor Sazi” klubunun son oyununda 80 min azarkeş "Türkiyə" sədası stadionu bürüyüb.

Unikal.org xəbər verir ki,  "Traktor Sazi"nin Azərbaycan əsilli azarkeşləri İstiqlalla oyunda futbol tarixinə düşəcək görüntüyə imza atıblar. Azarkeşlər bununla bir müddət öncə əsgər salamı verdiyi üçün cəzalandırılan oyunçularına dəstək veriblər. İran polisi Türkiyə bayrağı ilə stadiona gələn 6 azarkeşi saxlayıb.