17 Noyabr 2019
16 Noyabr 2019
Ölkəyə qanunsuz yolla spirtli içkilər gətirmək istədilər
Ölkəyə qanunsuz yolla spirtli içkilər gətirmək istədilər HADİSƏ 16:28 2019-11-07

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Volkswagen Passat" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və nəqliyyat vasitəsinə baxış keçirilib

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, gömrük baxışı zamanı yük yerində üzərlərində "Moet Chandan Champagne" yazılan 24 ədəd 0,75 litirlik, "Jagermeister" yazılan 22 ədəd 1 litrlik, "Martini" yazılan 24 ədəd 0,75 litrlik və "Rakı" yazılan 14 ədəd spirtli içki aşkarlanıb.