Bakının Nəsimi rayonunda bacı doğma bacısından polisə şikayət edib. 

Unikal.org xəbər verir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verib. 

Belə ki, noyabrın 6-da, Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Ç.Q. polisə müraciət edib. O bildirib ki, həmin gün saat 13:00 radələrində Neftçilər prospekti 147-nin qarşısında “Lexus” markalı 99-LX-222 dövlət nömrə nişanlı avtomobilinin qapısını bacısı 1991-ci il təvəlüdlü Ü. təpiklə əzib. 

Bundan başqa, Qaradağ rayonunda analoji hadisə baş verib. 

Dünən saat 13:08-də, Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi, ev 12-də yaşayan 1994-cü il təvəllüdlü Balaqardaş Qabil oğlu Cəfərov “102” xidmətinə zəng edərək, həmin gün saat 12:00 radələrində evinin qarşısında “Mercedes” markalı 99-TE-154 dövlət nömrə nişanlı avtomobilinin şüşəsinin Şəhla adlı tanışı tərəfindən sındırıldığını bildirib.