19 Noyabr 2019
FHN-dən 6 ballıq zəlzələ ilə bağlı AÇIQLAMA
FHN-dən 6 ballıq zəlzələ ilə bağlıAÇIQLAMA CƏMİYYƏT 09:48 2019-11-08

Xəbər  verdiyimiz kimi, yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ baş verib. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss edilib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, zəlzələdə dağıntı müşahidə edilməyib. Evlərdə və ictimai iaşə obyektlərində hər hansı bir çatların olması ilə bağlı nazirliyə hələlik müraciət yoxdur.

Famil Fərhadoğlu