19 Noyabr 2019
Abdin Fərzəliyev səyyar qəbul keçirdi - FOTO
Abdin Fərzəliyev səyyar qəbul keçirdi- FOTO CƏMİYYƏT 15:47 2019-11-08

Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirib.

Unikal.org xəbər verir ki, rayon sakinlərinin, hüquq-mühafizə, səhiyyə, təhsil, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin, həmçinin iştirak etdiyi qəbulda Abdin Fərzəliyev respublikada aparılan sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da davam etdirildiyini vurğulayıb.

Sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran A.Fərzəliyev əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.

Qeyd olunub ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.

Sonda rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.


  • Abdin Fərzəliyev səyyar qəbul keçirdi- FOTO
  • Abdin Fərzəliyev səyyar qəbul keçirdi- FOTO
  • Abdin Fərzəliyev səyyar qəbul keçirdi- FOTO
  • Abdin Fərzəliyev səyyar qəbul keçirdi- FOTO