19 Noyabr 2019
AzTU-da tədbir keçirildi - VİDEO
AzTU-da tədbir keçirildi- VİDEO CƏMİYYƏT 16:00 2019-11-08

Bu gün Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Dövlət Bayrağı və Konstitusiya günləri münasibəti ilə təntənəli bayram mərasimi keçirilib. 

Unikal.org xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

AzTU-nun rektoru, professor Vilayət Vəliyev   universitetin professor-müəllim heyətini və tələbələri bayram münasibəti ilə təbrik edib.

Rektor çıxışında: “Üçrəngli bayrağımız ilk dəfə 9 noyabr 1918-ci ildə   Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilərək milli hökumətin  yerləşdiyi binanın üzərində ucaldılıb. Cümhuriyyətimizin süqutundan 70 il keçdikdən sonra Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 1990-cı il noyabrın 17-də milli bayrağımız Naxçıvan Muxtar Respublikası Ali Məclisi üzərində qaldırılıb. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010-cu il sentyabrın 1-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub.” 

Çıxışında müqəddəs bayrağımızın hərb meydanında ucaldılmasından danışan rektor AzTU-nun 50 qəhrəman tələbəsinin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində şəhid olduğunu, onlardan 10-nun Milli Qəhrəman adına layiq görüldüyünü xatırladıb.

Daha sonra çıxış edənlər- “İctimai fənlər” kafedrasının professoru Əyyub Kərimov və Tələbə Gənclər Təşkilatının (TGT) sədri Zərifə Əlizadə Dövlət Bayrağı və  Azərbaycan Konstitusiyası günlərinin önəmindən, müstəqil dövlətimizin 1995-ci il noyabrın 12-də qəbul edilmiş Əsas Qanununun Azərbaycan vətəndaşlarına açdığı imkanlardan danışıblar.

 Tədbir tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.

Tədbirdə AzTU Televiziya Studiyasının tələbələrin iştirakı ilə 9 noyabr- "Bayraq Günü" münasibətilə  hazırladığı flashmobun vidoeçarxı nümayiş etdirilib.



  • AzTU-da tədbir keçirildi- VİDEO
  • AzTU-da tədbir keçirildi- VİDEO
  • AzTU-da tədbir keçirildi- VİDEO
  • AzTU-da tədbir keçirildi- VİDEO