19 Noyabr 2019
Gürcüstanda xüsusi əməliyyat keçirildi - məmurlar həbs olundu
Gürcüstanda xüsusi əməliyyat keçirildi -məmurlar həbs olundu DÜNYA 18:19 2019-11-08

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Poti şəhərində xüsusi əməliyyat keçiriblər.

Unikal.org xəbər verir ki, əməliyyat zamanı dələduzluq yolu ilə xüsusilə böyük həcmdə əmlakın mənimsənilməsində şübhəli bilinən Poti Şəhər Şurasının sədri və daha dörd şəxs saxlanılıb.

Saxlanılan şəxslərin üçü vəzifəli şəxs, digəri isə Potinin keçmiş meridir.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 11 ildən 15 ilədək həbs cəzası gözləyir.