19 Noyabr 2019
Türkiyəli məşhurlar Azərbaycanı təbrik etdi - "Bayraq günü"nə görə (VİDEO)
Türkiyəli məşhurlar Azərbaycanı təbrik etdi- "Bayraq günü"nə görə (VİDEO) CƏMİYYƏT 10:57 2019-11-09

Türkiyənin tanınmış siyasi, ictimai xadimləri, sənət adamları 9 noyabr Bayraq Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Unikal.org xəbər verir ki, təbriklərin yer aldığı videoçarx “HaberGlobal”da yayımlanıb.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bayram təbrikini bu sözlərlə dilə gətirib:

“Bir millət, iki dövlət” ifadəsi ilə güclənən qardaşlığımızı daha yüksək səviyyələrə çıxarmaq həm ortaq mirasımıza, həm də gələcək nəsillərə olan borcumuz və vəzifəmizdir. Çünki azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır. Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir!”.