Özbəkistanda axtarışda olan şəxs Azərbaycanda həbs edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbərinə görə, həmin şəxs Özbəkistan vətəndaşı, 28 yaşlı İsa Mavlenovdur. O İstanbul-Bakı reysi ilə Azərbaycana gələn zaman hava limanında saxlanılıb.

O, öz ölkəsinin Cinayət Məcəlləsinin 48 və 223-cü (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə axtarışda olub.