21 Noyabr 2019
Ağdaşda Bayraq Yürüşü keçirildi - FOTO
Ağdaşda Bayraq Yürüşü keçirildi- FOTO CƏMİYYƏT 16:08 2019-11-09

Noyabrın 8-də saat 11:00-dan başlayaraq şəhərin Azadlıq meydanından Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Dövlət Bayrağı meydanına doğru izdihamlı  “Bayraq Yürüşü” keçirilib.
Unikal.org
xəbər verir ki, yürüşdə rayonun fəal yeniyetmə və gəncləri, təhsil müəssisələrinin yuxarı sinif şagirdləri, müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediriblər. Bayraqdarlar tərəfindən Azərbaycanın Dövlət Bayrağı ön sırada olmaqla,  hər bir iştirakçının əlində kiçik bayraqlar, eyni zamanda  bayrağın rənglərini özündə əks etdirən şarlar aparılırıb.
İştirakçılar tərəfindən şəhərin Heydər Əliyev prospekti boyunca vətənpərvərlik şüarları səsləndirilib.
Yürüş iştirakçıları Dövlət Bayrağı meydanına daxil olduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə vətənpərvərlik ruhunda musiqi nümunələri səsləndirilib.
Qeyd edək ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanması istiqamətində tədbirlərin  kütləviliyinin daha da artırılmasını təmin etməkdən ibarətdir.


  • Ağdaşda Bayraq Yürüşü keçirildi- FOTO
  • Ağdaşda Bayraq Yürüşü keçirildi- FOTO
  • Ağdaşda Bayraq Yürüşü keçirildi- FOTO
  • Ağdaşda Bayraq Yürüşü keçirildi- FOTO
  • Ağdaşda Bayraq Yürüşü keçirildi- FOTO