Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Suluçeşmə kəndində qeydə alınıb.

Belə ki, kənddə bir neçə nəfər arasında yaranan mübahisə dava ilə nəticələnib. Dava zamanı kənd sakini, 1985-ci il təvəllüdlü Mirzəyev Tural Natiq oğlu döyülüb.

Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.