20 Noyabr 2019
Kürdəmirdə 55 yaşlı qadın nərdivandan YIXILDI
Kürdəmirdə 55 yaşlı qadın nərdivandanYIXILDI HADİSƏ 20:37 2019-11-09

Kürdəmir sakini evinin həyətində işləyərkən nərdivandan yıxılaraq ağır xəsarət alıb.

Unikal.org xəbər verir ki, hadisə Atakişili kəndində qeydə alınıb.

Kənd sakini, 55 yaşlı Rəsulova Əfsanə Tacəddin qızı nərdivanla evinin dam örtüyünü təmizləyərkən yıxılıb və ağır xəsarət alıb. O, ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini ağır qiymətləndirir.

Fakt araşdırılır.