Bakı sakini zərgəri ona məxsus üzüyün brilyant qaşını dəyişdirməkdə günahlandırıb.

Unikal.org  xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Bildirilib ki, 48 yaşlı Zəminə Məhərrəmova bu barədə Sabunçu rayonu 14-cü Polis Bölməsinə müraciət edib.Qadın noyabrın 6-da V.Vəliyev adlı zərgərin onun üzüyünün 40 min dollar dəyərində brilyant qaşını sirkon qaşla dəyişdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.