15 Noyabr 2019
14 Noyabr 2019
Ermənistanda parlament binası yandı
Ermənistanda parlament binası yandı DÜNYA 21:36 2019-11-09

Ermənistan parlamentinin binalar kompleksinin ərazisində yanğın baş verib.

Unikal.org  "RİA Novosti"yə istinadən xəbər verir ki, yanğın baş verən əraziyə çox sayda yanğınsöndürən briqadası cəlb edilib.

Yerli vaxtla saat 17:18-də başlayan yanğın saat 18:20-də söndürülüb.

Bildirilir ki, hadisə yerinə həmçinin ölkənin fövqəladə hallar naziri Feliks Tsolakyan da gəlib.

Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.