Xaçmazda avtomobil piyadanı vurub.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, noyabrın 8-də saat 12 radələrində Xaçmaz şəhəri ərazisində İ.Ağayev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Qaraçı kənd sakini Ş.Məmmədəliyevi vurub. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.