Saatlı rayonunun Musalı kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş  verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, “VAZ 2106” markalı avtomobili ilə “QAZ-31” markalı maşın toqquşub.

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. Onlardan biri Travmatologiya, digəri isə Reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.