Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Rayonun Goradil-Novxanı yolunda "Cadillac" markalı avtomobil hərəkətdə olarkən digər avtomobillə toqquşub. Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardımin köməyi ilə xəstəxanaya çatdırılıblar.