Saatlıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Qara Nuru kənd sakini Bəkirov Elşən Əhməd oğlunun idarə etdiyi traktorla 1990-cı il təvəllüdlü həmkəndlisi Bağırov Nemət Mübariz oğlunun idarə etdiyi “VAZ-21011” markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü xəsarət alıb.

Yaralılar Saatlı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.