Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazov yeni vəzifəyə təyin olunub.

Unikal.org xəbər verir ki, o, bundan sonra Gürcüstanın Pauerliftinq Federasiyasının vitse-prezidenti vəzifəsini tutacaq.
Sabiq məmur yeni vəzifəyə federasiyanın rəhbər vəzifələrinə keçirilən seçkilərdə seçilib.

Xatırladaq ki, T.Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Ötən ilin dekabrın 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.

T.Abazov öz istəyi ilə vəzifəsindən istefa verib. Bu ilin fevralın 14-də onun səlahiyyətlərinə xitam verilib.