Bakının Suraxanı rayonunda qaz təminatında fasilə yaranıb.

“Azəriqaz” İstehsalat Birliyindən Unikal.org-a verilən məlumata görə, Hövsan kəndində dənizkənarı ərazidə beton qarışdıran avtomobil qaz xəttini qırıb. 108 mm diametrində qaz xətti qırıldığı üçün 500 abonentin qaz təchizatında fasilə yaranıb.