Şəki sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Unikal.org xəbər verir ki,  hadisə rayonun Kiş kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1971-ci il təvəllüdlü Şahin Məhərrəmov yük maşınının təkərinə hava doldurarkən təkər partlayıb. Nəticədə təkərdən çıxan dəmir parçası Ş.Məhərrəmova ciddi xəsarət yetirib.

Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılan 48 yaşlı Ş.Məhərrəmova ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olan yaralının Bakıdakı xəstəxanalardan birinə göndəriləcəyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.