Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən

Unikal.org-a verilən məlumata görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən həbs edilmiş və hal-hazırda İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan şəxs Məmmədov Yaşar Nadir oğlu ilə qısamüddətli görüşə gəlmiş xalası oğlu Bakı şəhər sakini Sultanov Bahəddin Abdulla oğlunun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman əynində olan gödəkcənin cibində gizlədilmiş daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.