Bakının Nərimanov rayonunda bina uçub.

Unikal.org-un hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə  1 saat bundan öncə Nazim Hacıyev 6 ünvanında qeydə alınıb. Belə ki,  4 mərtəbəli binanın 3 və 4-cü mərtəbələri uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis cəlb olunub.

Qeyd edək ki, sözügedən bina yataqxanadır və bir hissəsində məcburi köçkünlər, digər hissəsində isə yerli sakinlər məskunlaşıb. Binanın qəzalı vəziyyətdə olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Orxan Həsənli