Bakıda və Gəncədə avtomobil yanıb.

Unikal.org FHN-nin saytına istinadən xəbər verir ki, Gəncə şəhərinin Kəpəz rayonunda “Nissan” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Nizami rayonunda “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.