Bakı metrosunda sərnişinin üzərindən avtomat silah çıxıb.

Unikal.org xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin Tunel qurğuları xidmətinin bir nömrəli distansiya rəisi Nemət Aslanov Redaktor.az-a müsahibəsi zamanı bidirib.  

Onun sözlərinə görə, hadisə təxminən 10-15 il öncə, metronun “28 May” stansiyasında baş verib. Polis metronun qarşısında özünü şübhəli aparan bir nəfərə yaxınlaşıb. Axtarış zamanı sərnişinin üzərindən 2 avtomat silah çıxıb.