Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşüb.

Unikal.org xəbər verir ki, o, səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla əvvəlcə təkbətək görüş keçirəcək. 

Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş baş tutacaq.   

İki ölkənin dövlət başçıları ən yeni qırıcıların, ABŞ və Rusiyanın "Patriot" və “S-400” hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satılması, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər. 

Görüşdə habelə ABŞ-la Türkiyə arasındakı ikitərəfli əlaqələr müzakirə olunacaq. 

R.T.Ərdoğan və D.Tramp görüşün sonunda geniş mətbuat konfransı keçirəcəklər.