Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, şəhər ərazisində iki nəfər arasında düşən mübahisə bıçaqlanma ilə nəticələnib. Belə ki, mübahisə zamanı şəhər sakini, 1962-ci təvvəllüdlü Həsənov Nazim Yelmar oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.