Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunub.

AMEA-dan Unikal.org-a verilən məlumata görə, Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunub.

Bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncam imzalayıb.

A.Şükürov bu gün akademiyanın Əsas binasında keçirilən tədbirdə kollektivə təqdim olunub.