Bakıda qəza sıxlığa səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, Heydər Əliyev prospekti şəhər istiqamətində (Bağırov körpüsünə yaxın ərazidə) kənar yolda nəqliyyat hadisəsi olub. Bununla əlaqədar həmin istiqamətdə tıxac müşahidə edilir.

Bu səbəbdən prospektdən keçən avtobusların intervalında gecikmə var.