Amerikalı reper Cammar Antonio Stamps həbsxanada vəfat edib.

Unikal.org xəbər verir ki, sənətçinin ölümü haqda onun dostu, reper Snup Doq İnstaqram səhifəsində məlumat verib. İfaçı Cammarın fotosunu paylaşaraq, "Rahat uyu, gənc dostum" deyə, yazıb.

Qeyd edək, ki, mərhum 3 gün əvvəl məişət zorakılığı səbəbilə həbs edilmişdi. Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil.